Təhsil və təcrübə

Təhsil

2017-ci ildə fərqlənmə diplomu ilə Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir. 2019-cu ildə eyni fakültədə kliniki-psixoloji reabilitasiya ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə almışdır.

2017-ci ildən müxtəlif təlim və kurslarda iştirak edir. Onların sırasında Uindi Draydendən öyrəndiyi tək sessiya terapiyasını, CBT kurslarını, onkopsixologiya və qida qəbulu pozuntuları sahələrində ixtisas artırma kurslarını və s. qeyd etmək olar. Hal-hazırda təhsilini Bek Koqnitiv-Davranış Terapiyası (CBT) İnstitutunda davam etdirir.

Təcrübə

2017-ci ildən fərdi praktikada psixoloq-konsultant kimi fəaliyyət göstərir. Təşviş, depressiv hallar, qida qəbulu pozuntuları, aşağı özgüvən, qərar vermədə çətinliklər, şəxsi hiss və emosiyaları anlamamaq və onları idarə edə bilməmək, ünsiyyət bacarıqları ilə bağlı problemlər, yaxınlarla münasibətlərdə çətinliklər, motivasıyanın aşağı olması və digər şəxsi problemlərlə işləyir.

Bundan əlavə, mütəxəssis kimi müxtəlif təşkilatlarla əməkdaşlıq edir. Onların siyahısında Azərbaycan Respublikasının Təhsil İnstitutunu, Bakı Dövlət Universitetini, Azərbaycan Qızıl Aypara Cəmiyyətini və BQXK, UNICEF, Yüksəliş müsabiqəsini, AWiS və s. qeyd etmək olar.

Beynəlxalq təcrübə

2016-cı ildə Yaponiyada keçirilən beynəlxalq psixoloji konqresdə elmi işinə aid «Aesthetic motivation, engagement, and musical attitudes» adlı şifahi məruzə səsləndirilmişdir.

Eyni adlı məqalə Böyük Britaniyada nəşr edilən «International Journal of Psychology» jurnalında dərc edilmişdir. Həmçinin Rusiyanın bir sıra elmi jurnallarında bu tədqiqatla bağlı dərclər yer almışdır.

2019-cu ildə Türkiyənin İstanbul şəhərində «Musiqi və Elm» adlı konfransda məruzə ilə çıxış etmişdir. Bundan əlavə, Rusiya və Hollandiyada təlim və konfranslarda iştirak etmişdir.

2020-ci ildə onkopsixologiya ilə bağlı tədqiqatının nəticələri İspaniyanın Madrid şəhərində keçirilən psixiatrik konqresdə nümayiş etdirilmiş və «European Psychiatry» jurnalında dərc edilmişdir.

2021-ci ildən etibarən fransız onlayn psixoloji dəstək platforması ilə əməkdaşlıq edir.

Bundan əlavə, 2022-ci ildə İslandiyada işgüzar səfərdə olub.